Bu gün Avropa Liqasında son təsnifat mərhələsinin oyunlarına start verilib.
Qitə miqyaslı yarışlarda yeganə təmsilçimiz olan “Qarabağ” klubunun rəqibi Almaniya Bundesliqasında ötən mövsüm 6-cı yeri tutan “Ayntraxt” olub. Almaniya klubunu Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edən Ağdam klubu qonaqlara 0:2 hesabı ilə məğlub olub. Qeyd edək ki, topu “Qarabağ”ın qapısından 6-cı və 75-ci dəqiqələrdə “Ayntraxt”ın kapitanı Aleksandr Meyer keçirib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası turnirin I təsnifat mərhələsində Makedoniyanın “Metallurg” klubunu, II təsnifat mərhələsində - Polşanın “Piast”ını, III təsnifat mərhələsində isə İsveçin “Gefle” klubunu məğlub edərək turnirin pley-off mərhələsinə yüksəlmişdi.
Avropa Liqası Pley-off mərhələsi (ilk oyunlar)
22 avqust, Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 0:2 QOLLAR: Aleksandr Meyer, 5; 75 Baş hakim: Şimon Marçinyak (Polşa)