Azərbaycanın icmal büdcəsində 8 milyard manatdan çox qalıq yaranıb


Bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 milyard 557,7 milyon manat, xərcləri isə 7 milyard 487,9 milyon manat təşkil edib.

Bu barədə Maliyyə Nazirliy xəbər verir. Bunlar, 2022-ci  ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 95,4 % və 18,7 % çoxdur.

Son nəticədə icmal büdcədə 8 milyard 69,8 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 4,9 dəfə çoxdur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri