Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 20 %-ə yaxın artırıb


Bu il aprelin 1-nə Azərbaycanın valyuta ehtiyatları 62 milyard 570,6 milyon ABŞ dolları təşkil edib.

Bunun 85,4 %-i və yaxud 53 milyard 437,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 14,6 %-i və yaxud 9 milyard 133 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 4 milyard 541,3 milyon ABŞ dolları və yaxud 7,8 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 4 milyard 404 milyon ABŞ dolları və yaxud 9 %, AMB-nin valyuta ehtiyatlarında isə 137,3 milyon ABŞ dolları və yaxud 1,5 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 10 milyard 170,1 milyon ABŞ dolları və yaxud 19,4 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 8 milyard 173,6 milyon ABŞ dolları və yaxud 18,1 %, AMB-nin valyuta ehtiyatları isə 1 milyard 996,5 milyon ABŞ dolları və yaxud 28 % artım nümayiş etdirib.


ARDNF-in

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

AMB-nin

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

Azərbaycanın

valyuta ehtiyatları

(milyon ABŞ dolları)

01.04.2023

53 437,6

9 133,0

62 570,6

01.01.2023

49 033,6

8 995,7

58 029,3

01.10.2022

45 386,4

7 667,3

53 053,7

01.07.2022

45 306,8

7 371,9

52 678,7

01.04.2022

45 264,0

7 136,5

52 400,5

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri