Bayden koronavirusun mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılmasını tələb edən qanunu imzalayıb





ABŞ Prezidenti Cozef Bayden koronavirusun mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılmasını tələb edən qanunu imzalayıb.

Bu barədə Ağ evdən bildirilib.

Qeyd olunub ki, qanun COVID-19-un mənşəyi haqqında mümkün qədər çox məlumatın ictimailəşdirilməsini ehtiva edir.

Xatırladaq ki, COVID-19 xəstəliyi 2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılmağa başladı. Xəstəlik 2020-ci ilin mart ayında pandemiya elan olunub. COVID-19-un mənşəyi indiyədək məlum deyil.



“Report”, UNIAN 
Şərhlər
Dünya bölməsinin xəbərləri