Qara dənizdən Türkiyəyə qaz nəqlinə başlanılıb



Qara dəniz qazının Türkiyəyə tədarükünə start verilib.

 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi mərasim Zonquldakdakı "Filmos" Qaz Emalı Kompleksində baş tutub.

"Bu gün biz eyni vaxtda iki bayramı qeyd edirik - qarşıdan gələn Ramazan bayramı və Türkiyənin enerji müstəqilliyini əldə etməsi üçün mühüm addım olan Qara dəniz qazının tədarükünün başlanmasını.

İlkin mərhələdə ildə 10 milyon kubmetr qaz hasil edəcəyik. Layihənin tam gücünə çatması ilə ölkənin qaz ehtiyacının 30 %-ni ödəyə biləcəyik. Bundan əlavə, layihə sayəsində Filyos və Zonguldakı mühüm enerji və texnoloji bazaya çevirmiş oluruq”, - Ərdoğan bildirib.

Ölkə liderinin sözlərinə görə, Türkiyə xalqı il ərzində qazdan mətbəxdə istifadə ediləndə və isti suyun sərfiyyatına görə pul ödəməyəcək. Bundan əlavə, sakinlər evlərin qızdırılması üçün istifadə edilən zaman bir ay ərzində pulsuz qaz alacaqlar.



Report, TRT
Şərhlər
Dünya bölməsinin xəbərləri