Pentaqon rəhbəri: “Putinin müharibəsi NATO-nun genişlənməsinin nəticəsi yox, səbəbidir”
- 22.04.2023, 00:56,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidenti Vladimir Putin “bir ildən çox öncə Ukraynaya müdaxilə zamanı bir sıra ciddi yanlış hesablamalara yol verib”.
Bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Almaniyanın Ramştayn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasından sonra bildirib.
“O, Ukraynanın dəf edə bilməyəcəyini düşünürdü, lakin Ukrayna tərəfdaşlarının köməyi ilə möhkəm dayanır. Putin düşünürdü ki, birliyimiz məhv olacaq, lakin Rusiyanın seçdiyi amansız müharibə bizi daha da yaxınlaşdırdı”, - o söyləyib.
Pentaqon başçısı bu təmas qrupunun uzun müddət üzvü olan Finlandiyanın bu gün NATO-nun yeni müttəfiqi kimi iştirak etdiyini qeyd edib və İsveçin tezliklə ona qoşulacağını güman edib.
“Bir qədər aydın olur ki, Putinin müharibəsi NATO-nun genişlənməsinin nəticəsi yox, NATO-nun genişlənməsinin səbəbidir”, - Ostin vurğulayıb.
Report, Sky News