Laçın-Xankəndi yolunda ekofəalların quraşdırdığı çadırlar və plakatlar sökülür


Laçın-Xankəndi yolunda ekofəalların quraşdırdığı çadırlar və plakatlar sökülür.

LIVE.az-ın məlumatna görə, bu barədə Report xəbər verir.

Belə ki, azərbaycanlı ekofəalların ölkəmizin Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Şuşadan keçən Laçın-Xankəndi yolunda etiraz aksiyasını keçirdikləri ərazidə söküntü işlərinə başlanılıb. Artıq ötən gün dayandırılmış aksiyanın keçirildiyi ərazidə quraşdırılmış çadırların və plakatların sökülərək ərazidən daşınması həyata keçirilir.

Qeyd edək ki, Laçın-Xankəndi yolunda 138 gündür davam edən ekofəalların aksiyası ötən gün saat 18:00-dan etibarən dayandırılıb.

Hazırda Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər Laçın-Xankəndi yoluna nəzarəti davam etdirir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyasının keçirilməsinə başlanılmışdı.
Şərhlər
Sosial bölməsinin xəbərləri