Mövsümün ilk sprint yarışının qalibi Bakıda bəlli oldu
- 30.04.2023, 03:17,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda keçirilmiş mövsümün ilk sprint yarışının qalibi “Red Bull” komandasının meksikalı pilotu Serxio Peres olub.
“Ferrari” komandasının pilotu Şarl Lekler və “Red Bull” komandasının digər pilotu Maks Ferstappen müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Yarışın ilk dövrələri gözlənilməz anla yadda qalıb. Belə ki, ikinci dövrədə yarışdan kənarda qalan pilot “Alpha Tauri” komandasından Yuki Tsunoda olub. Onun bolidinin təkəri yuvarlanaraq trekin ortasına doğru diyirlənib və sessiyanın əvvəlində sarı bayraqlara səbəb olub.
Pilotların cari xal cədvəlinə 75 xalla “Red Bull” komandasının digər pilotu və hazırki dünya çempionu Maks Ferstappen liderlik edir. Onun komanda yoldaşı Serxio Peres 62 xalla ikinci, “Aston Martin” komandasının pilotu Fernando Alonso isə 48 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, sabah Formula 1 Azərbaycan Qran Prisi saat 15:00-da baş tutacaq.