Azərbaycanda yalnız rus dilində tədris aparılan 15 məktəb fəaliyyət göstərir
- 23.08.2013, 12:17,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərir.
Bu məktəblərdən Naxçıvan şəhərində (1), Balakən (3), Qəbələ (3), Quba (2), Qusar (2), Qax (1), Zaqatala (1), Goranboy (1), Xaçmaz (1) rayonundadır. Həmin ümumtəhsil məktəblərində cəmi 3582 şagird təhsil alır. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Bu məktəblərin rus bölmələrində təhsil alan şagirdlərin ümumi sayı 82535 nəfərdir. Ağsu, Yardımlı, Lerik, Xızı, Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Xocalı, Xocavənd, Cəbrayıl, Şuşa rayonlarında rus bölməsi olan məktəblər yoxdur. Respublikanın qalan bütün şəhər və rayonlarında rus bölməsi olan məktəblər fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin demək olar ki, bütün fakültələrində rus bölməsində təhsil alan tələbələr var.
Təlim rus dilində olan məktəblərin kadr təminatı müəllimlərin işə qəbulu üzrə ümumi müsabiqə çərçivəsində həyata keçirilir. Növbəti dərs ilinə ölkənin ümumtəhsil məktəblərində təlim rus dilində olan məktəblərdə 187 müəllimə ehtiyac müəyyənləşdirilib. Müsabiqənin nəticələrinə görə həmin vakant yerlərə müəllimlərin işə qəbul olunacağı ehtimal edilir.