FIA-nın prezidenti: "Azərbaycan kimi ölkələrdə yüksək səviyyəli tədbirlər keçirməyimiz vacibdir"


"Fəaliyyət coğrafiyasını və FIA üzvlərinin iştirakını genişləndirmək üçün Azərbaycan kimi ölkələrdə yüksək səviyyəli tədbirlər keçirməyimiz vacibdir".

Bunu Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem bu il Bakıda təşkil olunacaq Baş Assambleya və "Formula 1"in mükafatlandırma mərasimi barədə qurumun rəsmi saytına açıqlamasında deyib.

FIA rəhbəri bu cür tədbirlərin Azərbaycanda keçirilməsinin regionda avtoidmana marağı stimullaşdırdığını bildirib: "Baş Assambleyanın Bakıda olacağını təsdiqləməkdən məmnunam".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə Bakıda keçirilib. Yarışın qalibi "Red Bull" pilotu Serxio Peres olub.
Şərhlər
İdman bölməsinin xəbərləri