Ukrayna SQ: "Vaqner"in Baxmutdan çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır"


“Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin Donetsk vilayətinin Baxmut şəhərindən çıxmaq barədə qərarı daxili qarşıdurma ilə bağlıdır”.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun nümayəndəsi Sergey Çerevatı deyib.

O bildirib ki, Y.Priqojinin açıqlamasına baxmayaraq, Baxmuta hücumlar davam edir: “Rusiya Prezidenti Vladimir Putinin aşpazı diqqət çəkməyə çalışır. Çünki “Vaqner”ni silahları tükənir”.

S.Çerevatı söyləyib ki, “Vaqner” muzdlu hərbi təşkilatı mayın 9-na kimi Baxmutu ələ keçirmək üçün hər şeyi edir: “Rusiya Müdafiə Nazirliyi isə “Vaqner”ə onların istədiyi qədər kömək etmir”.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb.

Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.


Report, Unian
Şərhlər
Dünya bölməsinin xəbərləri