Edisin “Baku Crystall Hall”da möhtəşəm konserti baş tutub

 



6 mayda türkiyənin məşhur müğənnisi Edis Bakıda möhtəşəm konsert verib. 

LIVE.az xəbər verir ki, ifası və hərarətli performansı ilə qəlbləri fəth edən Edis xüsusi şousu ilə Baku Crystal Hallun səhnəsi coşdurub.

Gecədə ön səhnədə KÖFN qrupu çıxış edib.

Edis Londonda doğulub, İzmirdə böyüyüb. Müğənninin ölkəmizlə bağlılığı var - anası azərbaycanlıdır.Edis öncə aktyor kimi məşhurlaşsa da, sonradan oxumağa qərar verib. "Benim Ol" mahnısı ilə tanınan müğənni ilk albomunu 2018-ci ildə buraxıb.

Konsertdən bir gün öncə mətbuat üzvlərinin suallarını cavablandıran sənətçi konsertində olacaq sürprizlərdən danışıb: “Azərbaycandan olan pərəstişkarlarımı çox sevirəm. Onlarla olan hər konserti gözəl keçir Daha əvvəlki iki konsertimdə bunun şahidi oldum. Konsert turuna başlayıram. 6 aydır səhnədə yoxam. Uzun müddət sonrakı ilk konsertimdir. Bütün sürprizləri ilk dəfə azərbaycanlılar görəcək. Bir yeni mahnımı da burada oxuyacağam”.Edis komandasındakı azərbaycanlı rəqqaslardan söz açıb: “Azərbaycanlı rəqqaslar çox istedadlıdır. 20 nəfərdirlər. Hamısının rəqs videolarını izləmişəm. Danışıb, ünsiyyətdə də olduq. Təxminən, 6 mahnımda rəqs edəcəklər”.

Fanatları Edisi izdihamla qarşılayıb. Birinci ifasından sonra sənətçi azərbaycan pərəstişkarlarını salamlayıb. 

“Özümü azərbaycanlı kimi hiss edirəm. Kristal Hallda konsert verən ilk türk sənətçiyəm. Ümid edirəm ki, digər türk sənətçiləri də bu səhnəyə çıxarlar. Qoy, bu anın havasını “atım” “ - deyə, Edis tamaşaçılara deyib.  

Konsertdə Edisin “Martılar”, “Arıyorum”, “Çok çok”, " Yalan" və digər populyar hitləri səsləndi. Sənətçi "Mayhoş” adlı yeni mahnısınıda azərbaycan pərəstişkarlarına təqdim etdi.

 Konsert anşlaqla keçdi və hamının zövgünə oxşadı.

Qeyd edək ki, Edis Baku Crystal Hallda 9 min nəfərin qarşısına çıxdı. O, 30 rəqqasla birgə unudulmaz möhtəşəm şou göstərdi.







  


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri