Hadise Bakıda möhtəşəm konsertlə çıxış edib

 

Türkiyənin məşhur pop ulduzu Hadise Açıkgöz Bakıda solo konsert verib.

Live.az xəbər verir ki, "Mega Müzik" şirkətinin təşkil etdiyi konsert 7 may Bakı Konqress Mərkəzində baş tutub.
 Səhnədə fərqli obrazlara üstünlük verən Hadise paytaxtımızda da özünəməxsus tərzi ilə fərqlib və onu dinləməyə gələn tamaşaçılara unudulmaz anlar yaşadıb.
 Konsert zamanı müğənnilər Sevil-Sevinc bacıları zəlzələ zamanı Türkiyəyə yardım kompaniyasında fəal iştirak edən Sərvər Bəşirlini səhnəyə dəvət ediblər.

“Sərvər bey yaşadığımız fəlakətdəki rəmzlərdən biri oldu. Hamımızın gözünü doldurdu, ağlatdı. İlk gündən yola çıxdı, yardıma gəldi. Biz birlik olanda çox gözəlik”, – deyə Hadise bildirib.

Ağ libası ilə diqqət çəkən sənətçi sevilən mahnılarını səsləndirib. Onların arasında: “Şampiyon”, “Prenses”, “Yaz günü”, "Kahraman", “Sıfır tolerans”, “Küçük bir yol”, “Düm tek tek”və “Stir me up” kimi sevilən hitlərini səsləndirib.
 Səhnədə müğənnini musiqiçilər və rəqqaslar müşayiət edib.

 Hadise Azərbaycana hər gəlişində səmimi və mehriban qarşılandığını, azərbaycanlı fanatlarından hər zaman böyük sevgi və diqqət gördüyünü etiraf edib. 

Konsert anşlaqla keçib və hamının zövgünə oxşayıb.












 

Günel Həsənova
Foto Nicat Azizov
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri