Podolyak: “Ukraynanın əks-hücumu bir həftənin və ya bir ayın məsələsi deyil”

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumuna böyük həlledici döyüş kimi baxmaq lazım deyil, bu, bir həftənin və ya bir ayın məsələsi deyil, söhbət baş verməli olan hadisələr zəncirindən gedir”.

Bunu telemarafonun efirində Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Müharibənin intensivliyini və miqyasını, Rusiyanın bura qoyduğu resursları, o cümlədən səfərbər edilmiş resursları nəzərə alsaq, bu, bir sıra tədbirlərin cəmidir”, - müşavir bildirib.

Onun sözlərinə görə, əks-hücumun əsas vəzifəsi Rusiya vətəndaşlarının mənəvi-iradə ruhunun qalıqlarını sıfıra endirməkdir. “Bu proses artıq başlayıb və rusiyalılar problem yaradan insanları hakimiyyətə gətirdiklərini anlamağa başlayıblar”, - M.Podolyak söyləyib.

Qeyd edək ki, daha əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına hazırlıq çərçivəsində son mərhələyə çatdığını bildirib.



Report, UNİAN
Şərhlər
Dünya bölməsinin xəbərləri