Türkiyənin məşhur ulduzu Mustafa Sandal Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib

 

Türkiyənin məşhur bəstəkar və müğənnisi Bakıda solo konsert verib.

"Event Office" şirkətinin təşkil etdiyi konsert 10 may Bakı Konqress Mərkəzində baş tutub.
 
Müğənni konsert zamanı Bakının onun ikinci şəhəri olduğunu bildirib:

“Bakını çox sevdim, Bakı mənim ikinci şəhərim kimi oldu. Bəlkə, ildə bir-iki ay Bakıda yaşayım?”.

Sənətçi “Aya benzer”, “Araba”, “İsyankar” və bir çox gözəl mahnıları ilə azərbaycanlı sevənlərinin qarşısında çıxış etdi.

Türkiyəli sənətçi köhnə hit mahnıları ilə tamaşaçıları “90-lar”a aparıb nostalji hisslərdə yaşatdı.

Konsertin sonunda müğənni Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

 Konsert anşlaqla keçdi və hamının zövgünə oxşadı.








 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri