Bu il 370 yol qəzası olub, 173 nəfər ölüb, 326 nəfər yaralanıb
- 12.05.2023, 17:14,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 370 yol qəzası baş verib, 173 nəfər ölüb, 326 nəfər yaralanıb.
Bu barədə mediaya Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olub. Onlardan 173-ü həlak olub, 326-sı isə yaralanıb.
Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş verib, 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 38,4 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,4 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,2 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 74,0 faizini, yaralananların isə 71,8 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 13 hadisə baş verib, nəticədə 3 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisələrin 11-i minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.