Bakının “Gənclik” metro stansiyasının ətrafında inşa edilən tunel tipli yol qovşağından son görüntülər [Foto]

Bakının “Gənclik” metro stansiyasının ətrafında inşa edilən tunel tipli yol qovşağından son görüntülər [Foto] "Akkord" Korporasiyası "Gənclik" metro stansiyasının ətrafındakı "Qələbə meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsini uğurla davam etdirir.

Live.az xəbərinə görə, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin sifarişi ilə "Gənclik" metrostansiyasının ətrafındakı "Qələbə meydanı" adlanan ərazidə və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanmasını, tıxacların aradan qaldırılmasını və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC həyata keçirir.

Layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi üzunluğu 2512 metr olan 6 tunel tipli yol qovşağının və 10 piyada keçidinin inşası nəzərdə tutulmuşdur. Sinqapur şirkəti tərəfindən layihələndirilən qovşağın məsləhətçi-nəzarətçisi Türkiyə Respublikasının "Pro Yapı Proje İnşaat. Tic.Ltd" şirkətidir.

Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospektilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur. Əlavə olaraq Təbriz küçəsindən gələn avtomobillər "Gənclik" dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcəkdir.

Layihə üzrə tikintisi nəzərdə tutulan yolların ümumi sahəsi 110000 m2-dir. "Qələbə meydanı" adlanan ərazidə hesabi hərəkət intensivliyi 2340 avto/saat-dan 10986 avto/saata-dək artacaqdır. Tunellərdə nəqliyyatın orta hərəkət sürəti 50-60 km/saatdır.

Tunel tipli yol qovşağında maillik minimum 0.5, maksimum 5.6 faiz nəzərdə tutulur. Vaqif prospektində inşa edilən yol qovşağı mövcud "Gənclik" metro stansiyasının tuneli üzərindən keçir.

Layihəyə əsasən "Gənclik" metro stansiyasında əlavə iki yeni piyada çıxışın inşası planlaşdırılmışdır ki, ondan da ilk olaraq "Gənclik" metro stansiyasının Atatürk prospektinə çıxan girişinin "Qələbə meydanı"nın mərkəzinə doğru yerdəyişməsi həyata keçirilmişdir.

Qələbə meydanı müxtəlif səviyyəli tunel tipli yol qovşağı layihəsinə daxil olan 6 saylı tunel ötən ilin 24.12.2012-ci ildə istifadəyə verilmişdir.

Tikintisi yekunlaşmaq üzrə olan tunellərin qapalı hissəsinin uzunluğu 908.2 metr olmaqla ümumi uzunluğu 2512 metr, eni 8-15.5 metr, hündürlüyü 5.5 metr, hərəkət zolaqlarının sayı 5-dir.

Tunellərdə 27000 m2 yanğınadavamlı şüşə lifli fibrobeton materialından istifadə olunmuşdur. Bu tunellərin əsas özəlliyindən biri də işıqlandırma sistemi ilə bağlıdır. Tunelin daxili işıqlanma sistemi dünyada keyfiyyət , səmərəlilik, təhlükəsizlik və uzunömürlülük baxımından özünü təsdiqləmiş olan və Yarimkecirici Diodlar Əsasında (LED) işləyən ən müasir işıqlandirma sistemidir. Bu sistemdə işıqlanma kompyuter vasitəsi ilə idarə olunur. İşıqlandırıcılar çevricilər vasitəsi enerjiyə qənaət etməklə yanaşı, təhlükəsizlik və uzunömürlülük baxımından çox effektiv bir sistem sayılır. Tunellərin yan divarlarında və tavanda 9000 ədəd kompyuterlə idarə olunan LED işıqlar quraşdırılmışdır. Tuneldə həmçinin səsin səviyəsini aşağı salmaq üçün 20 minə qədər panel vardır. Tunelin tavanında quraşdırılan 2868 ədəd projektorlar bir necə rejimdə çalışır - gündüz, gecə və qəza rejimlərində. Hərəkət zolağlarda isə 2400 ədəd istiqamətverici işıqlar (pişik gözlər) quraşdırılmışdır.

Tunellərdə fasiləsiz enerji təminatı məqsədi ilə 260 kW gücündə generatordan və düzləndiricidən istifadə olunub. Tuneldə istifadə edilən elektrik kabelləri alışmayan və yüksək dərəcə temperaturda belə yanmayan izolə materiallardan hazırlanmışdır. şıqların söndüyü halda fövqəladə işıq mənbəyi işə düşür. Tunellərdə 60-dan çox müşahidə kameraları yerləşdirilmişdir.

Tunellərin daxilində və yanaşma yollarda 21000 p/m qranit bordür, 100 ədəd yaxın içıq dirəkləri, həmçinin 14500 m2 səkilər mərmərlə döşənib.

Bundan əlavə tunellərin girişlərində VMC məlumat göstəriciləri ilə təmin olunan panellər quraşdırılmışdır. Panellərin üzərində küçələrin adları göstərilən hərkət zolağın istiqaməti,sürətin məhdudyyəti nişanı, tunelin əndazəsi, vaxt və hava göstəriciləri əks olunmuşdur.

Tuneldə istifadə olunan bütün işıqlandırıcı avadanlıqlar İngiltərə, kabel və idarəedici avadanlıqlar isə Almaniya və ABŞ istehsalıdır. İş prosesində xarici mütəxəssislər özləri iştirak etmiş və sınaqlara nəzarət etmişlər.
Layihə üzrə işlərə ümumilikdə, "Akkord" Korporasiyasının 500 nəfər, həmçinin xarici mütəxəsislərdən ibarət 300-yaxın subpodryat işçi qüvvəsi və 190-ə yaxın xüsusi texnikası səfərbər olunmuşdur.

"Qələbə meydanı"nda işlər tamamlanma mərhələsindədir.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri