Arzu Kazımova hökm oxunub
- 23.08.2013, 19:17,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə A. Kazımov son söz deyib. O, özünü təqsirli bilmədiyini, heç bir ittihamın sübuta yetmədiyini qeyd edib: “Mən Elşad Abdullayevin şər-böhtanları əsasında tutulmuşam. İttihamların heç biri sübuta yetirilməyib. Lakin nə cəza versəniz çəkməyə hazıram. İnanıram ki, məhkəmə ədalətli və cəsur qərar verəcək”.
Daha sonra hakimlər müşavirəyə gediblər. Müşavirədən sonra hökm elan olunub. A. Kazımov 3 il müddətinə azadlıqdan məhrum edilib
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.
İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.