Nazir: Sertifikatlaşdırmada iştirak üçün 33 mindən çox müəllimin məlumatı sistemə daxil edilib
- 16.05.2023, 20:29,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İlkin məlumata görə sertifikatlaşdırmada iştirak üçün 33315 müəllimin məlumatı sistemə daxil edilib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, mayın 18-də həmin müəllimlərin şəxsi kabinetlərinə keçiriləcək sertifikasiya imtahanı ilə bağlı məlumatlar göndəriləcək:
"Onların 5290 nəfəri 60 yaşdan yuxarı müəllimlərdir. Qanun qəbul edilsə, həmin müəllimlər prosesdə könüllü iştirak edəcəklər. Digər dəyişiklik isə ondan ibarətdir ki, ilk dəfə işə qəbul olan müəllimlər 5 ildən bir deyil, 3 ildən bir sertifikatlaşdırmaya cəlb olunacaqlar. Qanun qəbul edilsə, həmin müəllimlər də sertifikatlaşdırmaya cəlb ediləcək. Keçən il sertifikatlaşdırmadan kəsilən 2803 müəllim də sertifikadiyada iştirak edəcək. Növbəti 3 il ərzində məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətindən 17 000 nəfərin sertifikatlaşdırmaya cəlb olunması əsas hədəflərdəndir".
APA