İtaliyanın şimalında güclü yağışlar və daşqınlar səbəbindən 11 nəfər ölüb
- 18.05.2023, 21:07,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın şimalında uzun müddətdir davam edən intensiv yağışlar nəticəsində yaranan daşqın qurbanlarının sayı 11 nəfərə çatıb. Xilasedicilər daha iki nəfərin cəsədini Ravenna bölgəsində aşkar ediblər.
Live.az TASS-a istinadən xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.
Daha əvvəl 9 nəfərin öldüyü bildirilirdi. Nəşrin məlumatına görə, təbii fəlakətdən 40-dan çox yaşayış məntəqəsi zərər çəkib, 250 yol bağlanıb. Bir neçə nəfər itkin düşmüş sayılır, 30 minə yaxın insan təxliyə edilib. Yerli yollarda avtomobillərin hərəkəti dayanıb, eləcə də regional dəmir yolu əlaqəsi kəsilib. Vilayətin 30 minə yaxın sakini işıqsız qalıb.
Emiliya-Romanyada hava təhlükəsinin sonuncu (qırmızı) səviyyəsi davam edir. Vilayətin geniş ərazisində çayların daşması, sellərin yaranması və onlarla şəhərin su altında qalmasına səbəb olan yağışlar bazar ertəsindən etibarən səngimir.