Səbirsizliklə gözlənilən SHE Congress-in sayca beşinci tədbiri 17 may 2023-cü il tarixində Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu iş qadınlarını Bakıda bir araya gətirdi. JW Marriott Absheron Baku otelində baş tutan bu ilki konqres öz düşündürücü müzakirələri ilə iştirakçıları öz həyatlarına sahib olmağa ruhlandıraraq və onları cəmiyyətdə müsbət dəyişikliklərin aparıcı qüvvəsinə çevirməyə həvəsləndirərək yenilikçi bir hadisə oldu.
Tədbir qadın sahibkarların bir araya gələ, biliklərini paylaşa və güclü şəbəkələr qura biləcəyi iştirakçı platforması yaratmaq məqsədi daşıyır. Öz təbii və inklüziv formatı ilə SHE Congress ən yaxşı ideya və təcrübələrin mübadiləsini asanlaşdıraraq açıq söhbətləri təşviq edir. O, təşəbbüskar qadın sahibkarları biznes səyahətlərinin A-dan Z-yə hər mərhələsində düzgün istiqamət və dəstək tapmağa ruhlandırmaq üçün platforma rolunu oynayır.
Tanınmış sahibkar və “SHE Congress Baku”-nun təsisçisi Tatyana Mikayılova tədbir zamanı Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu və bütün sektorlar üzrə qərarların qəbulu proseslərində onların təmsilçiliyinin artırılmasının vacibliyi haqqında öz fikirləri ilə bölüşüb.
"Mən SHE Congress-in Azərbaycan qadınları üçün əhəmiyyət kəsb etdiyini görməkdən çox xoşbəxtəm və qürur duyuram! Dördüncü SHE Congress səhnəsində, tədbirin birinci ilində zalda olarkən yalnız öz bizneslərini qurmağı planlaşdıran qadınlar öz təcrübələri ilə bölüşmək üçün səhnə aldılar. Bu, hər bir qadına xas olan böyük potensialın maksimum inkişaf etdirilməsi üçün yalnız səmimi dəstək və kifayət qədər bilik tələb olunduğunu təsdiqləyir. Məhz buna görə də cəmiyyətin bütün sahələrindəki qərar qəbuletmə prosesinin hər bir səviyyəsində və biznesin bütün sahələrində qadınların sayının artması Azərbaycanın inkişafında əsas rollardan birini oynayacaq,” Tatyana Mikayılova qeyd edib.
Mikayılova eyni zamanda Azərbaycanda qadınlar arasında təhsilə sərmayə qoyulmasının və maliyyə müstəqilliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bunu onların səlahiyyətlərinin artırılması istiqamətində mühüm addım kimi təqdim edib.
"SHE Congress-də biz qadınların bilik və təhsilə çıxışını təmin etməyə çalışırıq. Biz inanırıq ki, bilik və təhsil maliyyə müstəqilliyinə nail olmaq üçün mühüm vasitədir. Buna görə də həyatının bütün sahələrində maliyyə cəhətdən müstəqil və təminatlı olmaq üçün qadınları öz təhsillərinə və şəxsi inkişaflarına investisiya qoymağa təşviq edirik,” Mikayılova bildirib.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin Sədri Hicran Hüseynova SHE Congress-in təkamülü və təsirini vurğulayaraq qeyd edib: “Beşinci dəfədir ki, qurultayda iştirak etməkdən şadam və bu konqresdə öz təcrübələri ilə bölüşən qadın sahibkarların sayında əhəmiyyətli artım müşahidə edirəm. Qeyd etmək lazımdır ki, SHE Konqresi həm də biznesdə yer alan qadınlar üçün mentorluq proqramı kimi çıxış edir”.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov qadın sahibkarların Azərbaycan iqtisadiyyatında artan rolunu, onların kiçik biznesə və özünüməşğulluğa marağının artdığını qeyd edib. Məmmədov deyib: "Qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artması, onların kiçik biznesin yaradılmasına və özünüməşğulluğuna marağının artması müşahidə olunur. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların sayı 19 faiz təşkil edirdisə, statistikaya görə 2023-cü ilin aprel ayı üçün bu rəqəm 22%-i ötüb. Əminəm ki, birgə fəaliyyət nəticəsində qadın sahibkarlığının potensialını ölkəmiz üçün daha səmərəli şəkildə istifadə edə biləcəyik”.
USAİD/Azərbaijan Missiya Rəhbəri Maykl Nerbass tədbirin iştirakçı təlimi məkanı kimi əhəmiyyətini vurğulayıb: “Bugünkü tədbirə nəzər saldıqda, bu konfrans hər kəsə məlumat paylaşa, tərəfdaşlıq qurmaq üçün şəbəkə yarada və yeni texniki biliklər əldə edə biləcəyi iştirakçı təlim məkanı fürsəti təqdim edəcək.”
SHE Congress 2023 “Azerbaijan Business Women” tərəfindən Yelo Bank, Azercell, Mastercard, Femmes Digitales, USAID, Bosch, Crimson Education, Braun, PrintArt, Credo, MaxPrint, Beri Bax, o cümlədən 1News, APA, Trend, Finance Time, Report, Bizim Yol və Rockvell kimi media tərəfdaşlarının dəstəyi ilə təşkil olunub.
SHE Congress-in 17 may tarixində baş tutan sayca beşinci tədbiri qadın sahibkarlara əlaqə yaratmaq, öyrənmək və innovasiyaları təşviq etmək üçün müstəsna imkanlar təqdim edən əlamətdar hadisə olmaq yolunda addımlayır. İnklüziv və dəstəkləyici mühiti inkişaf etdirməklə Konqres, qadınların səlahiyyətlərinin artırılmasında və regionun iqtisadi və sosial inkişafına təkan verilməsində mühüm rol oynayır.