Murad Arifin möhtəşəm solo konserti baş tutub




19 may Heydər Əliyev sarayında məşhur bəstəkar- müğənni Murad Arifin möhtəşəm solo konserti baş tutub.

LIVE.az  life.az-a istinadla xəbər verir ki, Murad Arif solo konsertindən öncə jurnalistlərlə görüşüb.

M.Arif solo konsertinin onun üçün hesabat xarakterli olduğunu deyib:" Çox xoşbəxtəm ki, belə cəsarətli addım atdım. Həyatımın ən önəmli mərhələsidir. Bu gün Heydər Əliyev adına sarayda konsertimdir. Murad Arif imzası mütləq görünəcək. Çünki Azərbaycanda nadir solo konsertlərdəndir ki, səslənən 22 mahnının 20-sinin həm sözlərinin, həm musiqisinin müəllifi eyni adamdır. Gecə maraqlı sürprizlərlə dolu olacaq. Aygün Kazımova ilə duetimiz olacaq. Həmin mahnıya klip də çəkməyi düşünürük. Bu gün başqa duetlərim də olacaq. Bu duet mənim üçün gözlənilməz oldu. Dostum Günel Zeynalova konsert üçün Bakıya gəlib. Çox xoşbəxt oldum. Bu gün səhnədə “tufan” qopacaq. Həyəcan hələ ki, yoxdur. Birazdan olacaq. Sanki “Avroviziya”da səhnəyə çıxacağam. Risk idi. Konsertdə 9 il ərzində olan hitlər səslənəcək”.Konsert üçün 5 kq çəki atan müğənni bunu konsert hazırlıqları sayəsində olduğunu bildirib:

“İstədiyim çəkini əldə etməsəm də, konsert hazırlıqları rəqqaslarla məşqlər görüşlər-müzakirələr stresslər nəticəsində nail oldum. Növbəti konsertlərdə daha fit formada qarşınızda olacağam”.

Uzun müddətdən sonra solo konserti ilə sevənlərinin görüşünə gələn ifaçı fanatlarına unudulmaz gecə yaşadıb.
 
Sənətçini önəmli günündə dəstəyə gələn məşhurlar sırasında Xalq artistləri, Əməkdar artistlər, bəstəkarlar, müğənnilər, tele-aparıcılar, aktyorlar və bir çox sahələrdən məşhur simalar yer alıblar. Onların sırasında müğənnilər Flora Kərimova, Faiq Ağayev, İradə İbrahimova, Elnarə Xəlilova, Gülay Zeynallı, Sevda Yəhyayeva, Elçin Cəfərov, Nura Suri, Aynişan Quliyeva, Doğuş, bəstəkarlar Vaqif Gərayzadə, Gövhər Həsənzadə, aparıcılar Tural Əsədov, Leyla Quliyeva, Elgiz Əkbər, Xoşqədəm Baxşəliyeva, Afaq Gəncəli, Murad Dadaşov, Hacı Nuran Hüseynov, Lalə Azərtaş, Tarix Əliyev və başqaları olub.

Murad Arif konsert boyunca 22 ifa səsləndirib, iki libas dəyişib.

İzləyicilərin qarşısına çıxan Murad Arif sevilən hitlərini bir-birinin ardınca səsləndirib. Konsertdə Murad Arifin yeni mahnıları, həmçinin digər tanınmış ifaçılarla duetləri yer alıb.Sənətçinin duet ortaqları arasında Xalq artisti Aygün Kazımova , Günel Zeynalova, Lalə Məmmədova, Tünzalə Ağayeva, reper Ramil Nabran olub. 

Pop-diva Aygün Kazımova ilə eksklüziv olaraq səsləndirdiyi “Çalxala” adlı mahnıları böyük maraqla qarşılanıb. 

Məşhur ifaçı konsertin gedişatında qazandığı uğurları üçün səhnədən ailə üzlərinə, xüsusilə də 16 illik həyat yoldaşına təşəkkürünü bildirib.



































































 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri