Gəncədə kafeyə partlayıcı maddə atan şəxslərin axtarışları aparılır
- 21.05.2023, 00:57,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə kafeyə partlayıcı maddə atan şəxslərin axtarışları aparılır.
Bu barədə mediaya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı kapitanı Eşqin Qasımov bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisindəki kafelərdən birinə partlayıcı maddə atılması barədə məlumat daxil olub. Dərhal Baş Polis İdarəsinin və 2-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb olunub. Müvafiq araşdırmalar aparılır.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı əlavə məlumat veriləcək.
///
Gəncə şəhərində yerləşən kafelərin birində partlayış olub.
Hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.
İlkin məlumata görə, orada mübahisə yaşanıb və şəxslərdən biri kafeyə partlayıcı maddə atıb. Partlayışın gücündən yaxınlıqdakı avtomobillərin şüşələri də sınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Report