Azərbaycan və Litva prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər



Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.


///


"Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan bir-biri ilə uğurla əməkdaşlıq edir".

Bnu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı deyib.

"Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə qitələri birləşdirən Avrasiyada daha da rahat nəqliyyat, kommunikasiya imkanlarını yaratmaq üçün bizim ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyası reallıq bunu diqtə edir. Azərbaycan üzərindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq.

Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, birgə səylərlə biz bu birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq. Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcək", - dövlət başçısı bildirib.


///

“Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır”.

Bunu Litva Prezidenti Gitanas Nauseda mayın 22-də Vilnüsdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edən zamanı deyib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq baxımından əhəmiyyətli müzakirələrə start verilib: “Təhsil və iqtisadi baxımdan əlaqələrimizi gücləndirmək qərarına gəldik. İlham Əliyevlə biz birgə Azərbaycan Biznes Forumunun açılışını edəcəyik. Bu çərçivədə iqtisadi sahədə yeni imkanlar yaranacaq. Eyni zamanda bu gün ətraf mühit, gənclər və prokurorluq sahəsində Azərbaycan və Litva arasında əməkdaşlıq sənədləri imzalandı. Bu ikitərəfli münasibətlərimizə təkan verəcək”.

G.Nauseda qeyd edib ki, Litva Azərbaycan və Ermənistan arasındakı münaqişənin diplomatik yolla, dinc və əhatəli həllinin tərəfdarıdır: “Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında dostluq bağları bizi gələcək illər üçün də birləşdirəcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri