Tahir Mirkişili: "Azərbaycan ötən il müdafiəyə 5,6 milyard manat xərcləyib"
- 24.05.2023, 12:05,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2022-ci ildə Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə, silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına 5 622,5 milyon manat vəsait yönəldilib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qurumun bugünkü iclasında müzakirə edilən "2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini təqdim edərkən bildirib.
Onun sözlərinə görə, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 726,2 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, ötən il müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 17,5 %-i qədər vəsait yönəldilib ki, bu da əvvəlki ilə nisbətən 737 milyon manat və yaxud 15,1 % çoxdur.
"2022-ci ilin dövlət büdcəsindən cari ödənişlər üzrə müdafiə və milli təhlükəsizlik xərclərinə aidiyyəti büdcə təşkilatlarının xərc sifarişlərinə uyğun olaraq 4 896,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2021-ci illə müqayisədə 354,7 milyon manat və yaxud 7,8 % çoxdur. Bu xərclər ÜDM-in 3,7 %-ni, dövlət büdcəsi xərclərinin isə 15,3 %-ni təşkil edib. Dövlət büdcəsinin əlavə ehtiyatlarından yönəldilmiş 709,8 milyon manat vəsait də nəzərə alınmaqla hesabat ilində xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üçün 2 889,4 milyon manat və yaxud 2021-ci illə müqayisədə 554,5 milyon manat (23,7 %) çox vəsait yönəldilib. 2022-ci ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik bölməsindən maliyyələşən idarə və təşkilatların dövlət büdcəsindən ayrılmış təxsisatlardan başqa əlavə gördükləri iş və göstərdikləri xidmətlərdən əldə etdikləri gəlirlər hesabına maliyyələşdirilən xərcləri (büdcədənkənar xərcləri) 13 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 4,6 milyon manat və yaxud 55,7 % çoxdur.
Report