İsrailli nazir: "Azərbaycanla regionda və dünyada sülhü təmin etmək üçün birlikdə çalışırıq"


İsrail və Azərbaycan regionda və dünyada sülhü və stabilliyi təmin etmək üçün birlikdə çalışır.

Bunu İsrail Dövlətinin kəşfiyyat naziri Gila Qamliel Azərbaycanın İsrail Dövlətindəki Səfirliyində Müstəqillik Günü münasibətilə keçirilən rəsmi tədbirdə çıxışı zamanı deyib.

O, yeni fəaliyyətə başlamış Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş ilk Müstəqillik Günü tədbirində iştirak etməkdən şərəf duyduğunu ifadə edərək iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu vurğulayıb.

G.Qamliel cari ilin mart ayında Prezident İlham Əliyev ilə baş tutmuş görüşünü məmnunluqla xatırlayaraq hər iki ölkənin regionda və dünyada sülhü və stabilliyi təmin etmək üçün birlikdə çalışdıqlarını ifadə edib. G.Qamliel iki ölkə arasındakı münasibətlərin inkişafında Azərbaycan yaşayan yəhudi icmasının xüsusi rolu olduğunu qeyd edib.



Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri