Türkiyə MSK sədri seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb – YENİLƏNİB

 

Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Əhməd Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

Live.az xəbər verir ki, o, Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86% səs qazanıb.

Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

///

2023-05-29 23:49


Türkiyədə seçki qutularının 91 faizi açılıb, Ərdoğan liderdir

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının 91,55 faizi sayılıb.

Live.az “Haber Global”a istinadən xəbər verir ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52,61 faiz səslə öndədir.

“Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə 47,39 faiz səs toplayıb.

İki namizəd arasında 2,6 milyondan çox səs fərqi var.
Şərhlər
Dünya bölməsinin xəbərləri