Ursula fon der Lyayen: "Ukrayna Aİ-yə üzvlük istiqamətində ciddi irəliləyiş əldə edib"


"Ukrayna Avropa İttifaqına (Aİ) üzvlük istiqamətində ciddi irəliləyiş əldə edib".

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen tviterdə yazıb.

O, Moldovada keçirilən “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü bildirib.

U.Lyayen Ukraynaya dəstəyin müzakirə edildiyini vurğulayıb: “Ukraynaya ədalətli və davamlı sülh lazımdır. Biz sizin yanınızdayıq və ədalətli sülh üçün birlikdə çalışacağıq”.




Report
Şərhlər
Siyasət bölməsinin xəbərləri