Nazir müavini: Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə işlər gələn il bitəcək


İşğaldan azad edilmiş ərazilərin Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 1-ci Beynəlxalq Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, baş plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz -Ağbəndə dəmir yolları layihələri mühüm əhəmiyyət kəsb edir. Sözügedən layihələrin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri