Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti Bakı şəhərindən Astana şəhərinə birbaşa reys açıb

 

 2018-ci ildə təsis edilən “FlyArystan” Qazaxıstanın ilk loukoster aviaşirkətidir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun direktor müavini Elnur Zülfüqarov bildirib ki, Azərbaycanla Qazaxıstan arasında sərnişin aviadaşımalarını dörd şirkət həyata keçirir. O, Azərbaycanın əsas hava limanının imkanları və üstünlükləri haqqında danışaraq, dünyanın digər aviaşirkətlərini Bakıya birbaşa reyslər açmağa çağırıb.

Onun sözlərinə görə, yeni aviareysin açılması ölkələr arasında iqtisadi, humanitar və ən əsas da turizm sahəsindəki əlaqələrin daha da inkişafına töhfəsini verəcək.

Vurğulanıb ki, Qazaxıstanın “FlyArystan” aşağıbüdcəli aviaşirkəti həmçinin Aktaudan da Bakı şəhərinə birbaşa reys həyata keçirir. Biletləri mobil tətbiq vasitəsilə və ya aviaşirkətin rəsmi saytında əldə etmək mümkündür.

Təzə reysin açılması ilk növbədə Qazaxıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin genişləndirilməsi, turizm, iqtisadiyyat və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır. Bu gün Bakı həftədə 17 reys vasitəsilə Qazaxıstanın Astana, Almatı, Aktobe və Aktau şəhərləri ilə əlaqə saxlayır. Bu reysin açılması ilə reyslərin sayı 19 oldu. 

Qeyd edək ki, Bakıdan 3 may gecə saatlarında yola düşən təyyarə Astana şəhərindəki Nursultan Nazarbayev Beynəlxalq Hava Limanına səhər saatlarında endi. Uçuşun müddəti 3 saat 20 dəqiqədi.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri