Lloyd Ostin: “Tayvan Boğazında baş verə biləcək münaqişə əsl fəlakət olardı”
- 03.06.2023, 15:39,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Tayvan Boğazında baş verə biləcək münaqişə əsl fəlakət olardı, Amerika Birləşmiş Ştatları bölgədə sülhü qorumağa qərarlıdır”.
Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Sinqapurda davam edən “Şanqri-La Dialoq” təhlükəsizlik konfransında deyib.
“Səhv etməyin, Tayvan boğazında münaqişə fəlakətə səbəb olacaq. Ona görə də biz Tayvan boğazında sülh və sabitliyin qorunmasına diqqət yetirmişik”-deyə, o bildirib.
Ostin əlavə edib ki, regionda sülh və sabitliyin qorunmasına sadiq olan ölkələrin sayı artmaqda davam edir.
O, Çini iki ölkənin silahlı qüvvələri arasında böhranların qarşısını almaq üçün daha yaxşı mexanizmlər hazırlamağa çağırıb.
Report