Şarl Mişel: "Kaxovka SES-də partlayışın məsuliyyətini Rusiya daşıyır"
- 06.06.2023, 12:58,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Kaxovka su elektrik stansiyasında baş verən partlayışın məsuliyyətini Rusiya daşıyır”.
Bunu Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bildirib.
O, bu hadisəni “hərbi cinayət” adlandırıb.
Qeyd edək ki, Rusiyanın işğalı altında olan Ukraynanın Xerson vilayətindəki Kaxovka su elektrik stansiyasının (SES) bəndi partladılıb. Faktla bağlı Ukraynanın "Cənub" operativ komandanlığı Rusiyanın SES-i partlatdığını açıqlayıb.
Xatırladaq ki, Kaxovka su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edir. 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə işğal olunub.
Qeyri-rəsmi məlumatlara görə, sakinlər ərazidən köç edirlər.
Report