Türkiyənin sevilən müğənnisi Çelik Bakıda konsert verib
- 11.06.2023, 12:42,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyunun 10-da Heydər Əliyev Sarayında türkiyəli müğənni və bəstəkar Çelik Erişçinin konserti baş tutub.
LIVE.az-ın məlumatına görə, iyirmidən çox albom müəllifi olan və ifaları ilə milyonların qəlbini fəth edən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.
Çelik ölkəmiz haqqında təəssüratlarını bölüşüb:
"Bu axşam ən yaxşı mahnılarımı sizin üçün oxuyacam. Çünki məni çox həyəcanlandırırsız. 1994 və 1996-cı illərdə Bakıya ilk dəfə gələndə çox təəccüblənmişdim. Konsertə gələnlərin alqışlamasına, geyimlərinə xoş münasibət və insanların çiçəklərlə gəlməsinə çox təəccüblənmişdim. Hər zaman Türkiyədə deyirdim ki, Azərbaycanda çox gözəl musiqi duyumu var. Bilet alıb və konsertə gəldiyiniz üçün təşəkkür edirəm. Amma konsertə gəlməyinizə dəyəcək. Sabah bütün Azərbaycan bu konsertdən danışacaq. Sizi peşman etməyəcəm və mahnılarımı dinlədiyiniz zaman yaxşı ki, gəldim deyəcəksiniz".
Konsertdə Çelik çox məşhur mahnılarını ( “Sevenler anlar”, “Hercai”, “Meyhaneci”, “Nazına ölüyorum” və s.) səsləndirib.
İfaçı həmçinin Rəşid Behbudovun "Ayrılıq" mahnısını ifa edib.
Konsert proqramı gurultulu alqışlarla qarşılanıb. Konsertin təşkilatçısi - “EMKI Production”.