"S&P": "USD/AZN məzənnəsi 2026-cı ilə qədər dəyişməyəcək"
- 11.06.2023, 14:12,
- Iqtisadiyyat / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2026-cı ilə qədər USD/AZN məzənnəsinin 1,7 səviyyəsində qalacağını proqnozlaşdırır.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
Sənədə əsasən, karbohidrogen qiymətlərində kəskin azalma olarsa və uzun müddət aşağı səviyyədə qalarsa hökumət manatın məzənnəsinə düzəlişlər etməyi düşünə bilər: "Bu, Azərbaycan Mərkəzi Bankının 2015-ci ildəki tədbirləri kimi xarici valyuta buferlərinin əhəmiyyətli dərəcədə itkisinin qarşısını almağa kömək edəcək"