Göyçayda baş verən yol qəzasında 75 yaşlı piyada ölüb
- 25.08.2013, 22:00,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Şamaxı-Yevlax yolunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın məlumatına görə hadisə bu gün saat 14:00 radələrində magistral yolun 215-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb. Rayonun Qarabaqqal kənd sakini 1987-ci il təvəllüdlü Abdürrəhmanov Rövşən Xanlar oğlu idarə etdiyi 23-BE-297 dövlət nömrə nişanlı “FİAT” markalı markalı avtomobillə Göyçay şəhər sakini 1938-ci il təvəllüdlü Manafov Akif Manaf oğlunu vurub və Akif Manafov aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.