Azərbaycan Pakistana güzəştli şərtlərlə LNG tədarük edəcək


Azərbaycan iyul ayından Pakistana güzəştli şərtlərlə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünə başlayacaq.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycandan LNG idxalına başlanılması bu ay Rusiyadan neftin ilk partiyasını aldıqdan sonra Pakistanın enerji ehtiyaclarını ödəməkdə əldə etdiyi ikinci böyük nailiyyət olub.

Qeyd edilib ki, LNG tədarükü Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış müqavilə əsasında həyata keçiriləcək.


TASS, Report
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri