DİM sədri: “Xaricdə təhsil alan azərbaycanlılara dövlət qulluğuna qəbulda güzəşt edilə bilər”
- 21.06.2023, 13:57,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından dövlət qulluğunda işləmək istəyənlər var. Amma onlar Azərbaycan dilində imtahan verə bilmirlər və bunu bizə irad tuturlar”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, həmin azərbaycanlılar xarici dildə təhsil almalarını buna əsas səbəb kimi göstərirlər: “Dövlət qulluğunda işləmək istəyənlər ana dilimizi aydın bilməlidir. Ola bilsin ki, gələcəkdə həmin namizədlərin Azərbaycan dilini B2 səviyyəsində bilməsini yoxlayıb, dövlət qulluğuna qəbul etmək mümkün ola bilər. Təbii ki, bu da qanunvericilikdə öz əksini tapmalıdır. Hər halda məsələ müzakirə oluna bilər”.
DİM sədri həmçinin əlavə edib ki, “Yüksəliş” müsabiqəsində müəyyən mərhələyə çatanlara dövlət qulluğu üzrə sertifikat verilə bilər: “Sertifikatın hansı dərəcəsinə uyğun olmasını müəyyənləşdirmək istiqamətində iş aparılır”.
Report