UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

LIVE.az-ın məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Çempionlar Yolunda 10 potensial cütlük, Liqa Yolunda isə 2 cüt müəyyənləşib.

Azərbaycan çempionu “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdıracağı təqdirdə “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.


Qeyd edək ki, Çempionlar Liqasında II raundun ilk oyunları iyulun 25-26-da, cavab görüşləri isə avqustun 1-2-də keçiriləcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar Yolu

“Jalgiris” (Litva) - “Struqa” (Şimali Makedoniya) cütü / “Qalatasaray” (Türkiyə)

“Ballkani” (Kosovo) - “Ludoqorets” (Bolqarıstan) cütü / “Olimpiya” (Sloveniya) - “Valmiera” (Latviya) cütü

“Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütü / “Linkoln” (Cəbəllütariq) - “Qarabağ” (Azərbaycan) cütü

“Klaksvik” (Farer adaları) - “Ferentsvaroş” (Macarıstan) cütü / “Haken” (İsveç) - TNS (Uels) cütü

HIK (Finlandiya) - “Larne” (Şimali İrlandiya) cütü / “Molde” (Norveç)

“Şemrok Rovers” (İrlandiya) - İlkin mərhələnin qalibinin cütü / “Kopenhagen” (Danimarka)

“Farul” (Rumıniya) - “Şerif” (Moldova) cütü / “Hamrun” (Malta) - “Makkabi” (Hayfa, İsrail) cütü

“Aris” (Kipr) - “Partizani” (Albaniya) - BATE (Belarus) cütü

“Urartu” (Ermənistan) - “Zrinski” (Bosniya və Herseqovina) cütü / “Slovan” (Slovakiya) - “Svift Hesperange” (Lüksemburq) cütü

“Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) - “Dinamo” (Tbilisi, Gürcüstan) cütü

Liqa Yolu

“Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)

“Servett” (İsveçrə) - “Genk” (Belçika)
Şərhlər
İdman bölməsinin xəbərləri