ABŞ Sahil Mühafizəsi "Titan" sualtı qayığının ekipajının öldüyünü təsdiqləyib


ABŞ Sahil Mühafizə İdarəsi "Titan" sualtı qayığının ekipajının öldüyünü təsdiqləyib.

Bu barədə idarənin yaydığı məlumatda deyilir.

Bildirilib ki, tapılan gəmi qalıqları itmiş sualtı “Titan”a - ABŞ Sahil Mühafizəsinə məxsusdur.

Qeyd edək ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayığın göyərtəsində 5 nəfər olub.

Məlumata görə, 3,8 min metr dərinlikdə olan qalıqlara turistlərin çatdırılması “OceanGate Expedition” şirkəti tərəfindən həyata keçirilir. Onun internet saytında yeddi günlük 250 000 dollarlıq səyahət reklamı verilir. Şirkət sonuncu dəfə iyunun 16-da davam edən ekspedisiya haqqında tvit paylaşıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri