Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq ediləcək
- 24.06.2023, 13:20,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda torpaqların bütün növ tullantılarla çirkləndirilməsinə görə cərimə tətbiq olunacaq.
Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Əgər hazırda torpaqların yalnız istehsalat və məişət tullantıları ilə çirkləndirilməsinə görə cərimələr nəzərdə tutulursa, təklif olunan dəyişikliklə bütün növ tullantılarla çirkləndirməyə, o cümlədən, kimyəvi, çirkab suları ilə çirkləndirməyə, bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurmaya görə fiziki şəxslər 500-800 manat, vəzifəli şəxslər 2 000- 2500 manat, hüquqi şəxslər isə 7 500 - 10 000 manat cərimə ödəməli olacaqlar.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.