Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşləri olub
- 30.06.2023, 09:33,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Dövlət Katibi Antoni Blinkenin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ayrı-ayrılıqda görüşləri başa çatıb.
ABŞ Dövlət Departamentinin Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində baş tutan görüşlərdən sonra A.Blinken jurnalistlərə açıqlama verib.
Dövlət katibi hər iki ölkəyə sülh danışıqlarında göstərdiyi səylərə görə təşəkkür edib.