Polşada III Avropa Oyunlarının bağlanış mərasimi keçirilib


Polşada təşkil olunan III Avropa Oyunlarının bağlanış mərasimi keçirilib.

Live.az-ın məlumatına görə, Krakovdakı Henrik Reyman stadionunda keçirilən mərasim bədii kompozisiyaların ifası ilə start götürüb.

Ardınca iştirakçı ölkələrin bayraqları arenaya gətirilib. Azərbaycan bayrağını boks üzrə Oyunların gümüş medalını qazanmış Məhəmməd Abdullayev dalğalandırıb. Bayraqların arenada yerləşməsindən sonra isə iştirakçı ölkələrin nümayəndə heyətləri gəliblər.

Qeyd edək ki, aktivində ümumilikdə 11 medal (3 qızıl, 2 gümüş, 6 bürünc) olan Azərbaycan Avropa Oyunlarını 24-cü sırada başa vurub.
Şərhlər
İdman bölməsinin xəbərləri