DİM: "Zəif nəticə fənnlərin aşağı səviyyədə tədrisi və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə bağlıdır"
- 03.07.2023, 18:33,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2022-ci ildə fənlər üzrə attestat qiymətləri "3" olan abituriyentlərin əksəriyyəti qəbul imtahanlarında da analoji nəticə göstəriblər.
Bu barədə Dövlət İmtahan Mərkəzinin ötən ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.
Bildirilib ki, hər bir fənn üzrə attestat qiyməti "kafi" və "əla" olan abituriyentlərin qəbul imtahanlarında müvafiq fondan topladıqları nisbi bal intervalları üzrə paylanma histoqramları təhlil edilib.
"3" alan abituriyentlərin ayrı-ayrı fənlər üzrə 74-96%-i 0-40 intervalında nisbi bal toplayıb: “Deməli, ümumi təhsil məktəblərində verilən aşağı qiymətlər müəyyən edilmiş vahid standartlara xeyli dərəcədə uyğundur.
Ancaq, təəssüf ki, "ala" ilə qiymətləndirmədə bunun əksini görürük. Bu, özünü coğrafiya (II, III qruplar), kimya (1. IV qruplar) və tarix (11, III qruplar) fənləri üzrə qiymətləndirmədə daha qabarıq göstərir. Coğrafiya fənnindən əlaçı abituriyentlərin 40.27%-nin, kimya fənnindən 28.77%-nin və tarix fənnindən 27.39%-nin uyğun fənlər üzrə qəbul imtahanının I mərhələsində topladıqları nisbi balları 20-dan az olub. Əlaçı abituriyentlərin 80-100 bal intervalındakı nəticələrinə nəzər saldıqda görürük ki, bu abituriyentlərin ayrı-ayn fənlər üzrə yalnız 5-23%-i 80-100 bal intervalında nəticə göstǝrǝrək özlərinin attestat qiymətlərini doğruldublar. Belə zəif nəticə göstərənlərin sayının çox olması fənnlərin aşağı səviyyədə tədris olunması və qiymətləndirmədə standartlara əməl edilməməsi ilə əlaqədardır.
Qeyd olunub ki, burada təhlil olunan göstəricilər qiymətləndirmənin respublika üzrə vəziyyətini ifadə edir: “Lakin hər bir bölgənin fərqli göstəriciləri də ola bilər. Biz, sadəcə, bu sahədə problemlərin və onun təhlil edilərək aydınlaşdırıla bilinməsi imkanlarını göstərdik. Bu baxımdan, hər bir bölgə müvafiq qaydada nəticələrini təhlil edib mövcud problemlərini üzə çıxara və onların həll olunması üçün tədbirlər görə bilər. Bölgələrdə bu işin hətta müəllimlər səviyyəsində də təhlil edilməsi mümkündür”.
Report