Prezident Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya minnətdarlıq edib
- 07.07.2023, 15:09,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan və Albaniya dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrdə çox xüsusi dinamika yaradıb”.
Bu fikri Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla mətbuata bəyanatında səsləndirib.
Dövlətimizin başçısı, həmçinin deyib: “Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə, Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlığı Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq”.
Report