“TotalEnergies” “Abşeron” yatağından qaz hasilatına başlayıb
- 10.07.2023, 11:45,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransanın “TotalEnergies” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində təbii qaz hasilatına başlandığını elan edib.
Bu mərhələ çərçivəsində gündəlik təxminən 4 milyon kubmetr "mavi yanacaq" və 12 min barel kondensat hasil edilməsi planlaşdırılır.
Hasil ediləcək qaz Azərbaycanın daxili bazarı üçün nəzərdə tutulub.
Report