Azərbaycan millisinin futbolçusu UEFA Konfrans Liqası matçı çərçivəsində İrəvana gedir



"İnşallah mən də oyuna gedirəm".

LİVE.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın "Ararat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: "Menecer dedi ki, biletin alınıb, gedirsən".

Qeyd edək ki, Vüsal İsgəndərli "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb. Albaniya klubu "Ararat"a qarşı ilk matçını iyulun 13-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra evdə keçirəcək.
Şərhlər
İdman bölməsinin xəbərləri