Stoltenberq İsveçin NATO-ya üzvlüyü məsələsində Ərdoğanla razılığa gəlindiyini açıqlayıb



İsveçin NATO-ya üzvlük protokolu tezliklə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq.

Bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq tviterdə yazıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Ulf Kristersson ilə ev sahibliyi etdiyim görüşdən sonra Prezident Ərdoğanın İsveçin üzvlük protokolunun tezliklə Böyük Millət Məclisinə təqdim olunması və ratifikasiyasını təmin etmək barədə razılıq verdiyini bildirməkdən şadam. Bu bütün NATO müttəfiqlərini daha güclü və təhlükəsiz edən tarixi addımdır”, - o qeyd edib.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri