NATO: “Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin ciddi strateji səhvi idi”
- 11.07.2023, 15:14,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
NATO Baş katibi: "Rusiya Ukraynada qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir"
“Rusiya Prezidenti Vladimir Putin müharibədə qalib gəlsə, bu, təkcə Ukrayna deyil, bütün dünya üçün pis olacaq”.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 11-də Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.
Onun sözlərinə görə, Rusiya qalib gəlsə, dünyanı ciddi fəlakət gözləyir: “Dünya daha təhlükəli olacaq. Ona görə də biz Ukraynanı güclü şəkildə dəstəkləyirik”.
Y.Stoltenberq, həmçinin qeyd edib ki, əslində, müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
NATO: “Rusiyanın Ukraynaya qarşı müharibəsi Putinin ciddi strateji səhvi idi”
“Rusiyanın Ukraynaya qarşı müharibəsi Prezident Vladimir Putinin ciddi strateji səhvi idi”.
Bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə NATO sammiti çərçivəsində keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Rusiya Ukraynanın hərbi qüvvələrini düzgün qiymətləndirmədi: “Putin NATO-nun genişlənməsini istəmirdi. Bu məqsədlə müharibəyə başladı. Amma Finlandiya Alyansa daxil oldu. İsveç də bu yolda irəliləyir. Beləliklə, Putin böyük strateji səhv etdi”.
Baş katibin sözlərinə görə, üzvlük çox tez baş verib: “Tarixdə ilk dəfədir ki, ölkələr bu qədər tez NATO-ya üzv olurlar. Bu, NATO daxilindəki həmrəyliyi göstərir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Report