Brüsseldə Azərbaycan, Aİ Şurası və Ermənistan liderləri arasında görüş başa çatıb
- 15.07.2023, 19:27,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olub.
Görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər. Danışıqlarda Qərbi Azərbaycan İcması üzvlərinin geri qayıtması məsələsi də müzakirə olunub.
Görüş üç saata yaxın davam edib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin görüşün yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir.
Report