Namiq Qaraçuxurlu 14 il sonra konsert proqramı ilə çıxış edib

  

Namiq Qaraçuxurlu 14 ildən sonra  konsert verib.

LIVE.az xəbər verir ki, 15 iyul Namiq Qaraçuxurlu 14 il sonra konsert proqramı ilə çıxış edib. Möhtəşəm konsert Yaşıl Teatrın səhnəsində baş tutub. 

Konsertdən öncə Namiq Qaraçuxurlu media nümayəndələrinin suallarını cavablandırıb. 

“Sevənlərim çoxdan məndən konsert gözləyirdi. Bügün mən onların qarşısında 14 ilin hesabatını verirəm. Bilirsiniz ki, ölkə olaraq çətin günlər yaşadıq və mən sənətdən uzaqlaşdım. Biz qələbə qazandıq. Düşündüm ki, konsertin vaxtıdır”.Həyəcanlı olduğunu söyləyən Qaraçuxurlu bundan sonrada davamlı konsert verəcəyini bildirib.

Sevilən müğənni öncə bu səhnə üçün yeni mahnılar səsləndirəcəyini nəzərdə tutsa da, sonradan fikrindən daşındığını və konsert proqramına sevilən ifalarnı əlave etdiyini söyləyib.

Media mənsubları ilə görüşdən sonra hazırlanıb səhnəyə çıxan Namiq ard-arda canlı ifalarla hitlərini səsləndirib.

Konsert zamanı kövrək anlar da yaşanıb. Füzuli döyüşləri zamanı həlak olan şəhid Elşən Musayevin qızı Ayşən səhnəyə çıxaraq sənətçiyə tədbirə dəvət etdiyi üçün təşəkkür edib. Atasının hər zaman Qaraçuxurluya qulaq asdığını bildirib.

Namiq bildirib ki, gələn qonaqların çoxunu tanıyır, onları illər ərzində konsertlərində gördüyünü söyləyib.

Konsertə bölgələrmizdən, hətta Amerikadandan, Rusiyadan və Qazaxıstandan qonaqlar təşrif buyurub. 

Konsert "İtickets production" təşkilatçılığı ilə baş tutub və üzərində 40-dan çox komanda üzvü çalışıb.

 


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri